Moulaye Koulibali: “Bakı sessiyası çox yüksək səviyyədə təşkil edilib”

Moulaye Koulibali: “Bakı sessiyası çox yüksək səviyyədə təşkil edilib”

“Azərbaycanın UNESKO-nun mötəbər tədbirinə ev sahibliyi etməsi dövlətinizin tarixi və mədəniyyət abidələrinin qorunmasına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir”. SİA-nın məlumatına görə, bu fikirləri UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına qatılan Mali Respublikasının Mədəniyyət nazirliyinin yanında mədəni irsin qorunması üzrə idarənin direktoru Moulaye Koulibali deyib.

O, əlavə edib ki, ilk dəfədir ki, Azərbaycanda belə bir qlobal əhəmiyyətli tədbirdə iştirak edir: “Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi barədə məlumatlı idik. İndi isə bunun canlı şahidi olduq. Dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndəsini bir araya toplayan Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çox yüksək səviyyədə təşkil edilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə