“Azərbaycan əhəmiyyətli, mötəbər tədbirlərə uğurla ev sahibliyi edir“

“Azərbaycan əhəmiyyətli, mötəbər tədbirlərə uğurla ev sahibliyi edir“

“Azərbaycan qlobal əhəmiyyətli mötəbər tədbirlərə uğurla ev sahibliyi edir və UNESKO-nun Bakıda keçirilən sessiyasına dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatılması bunun daha bir təsdiqidir”.
SİA-nın məlumatına görə, bu fikirləri UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçısı, Omanın regional bələdiyyələr və su mənbələri üzrə nazirliyin idarəsinin baş direktorunun müavini Nabil Al Xancari bildirib.

O, əlavə edib ki, bizim ölkəmiz də təhlükədə olan 5 tarixi və mədəni abidənin Ümumdünya İrs Siyahısına salınmasını təklif edib:” Düşünürəm ki, dünyanın bir çox ölkələrinin tarixi və mədəni irsin qorunub saxlanılması sahəsində ən yaxşı təcrübələrini belə mühüm platformada bölüşməsi çox əhəmiyyətlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə