“Qobustan böyük tarixi özündə birləşdirir“ - UNESKO-nun baş direktoru
“Azərbaycan qədim və maraqlı ölkədir. Ən qədim abidələrdən olan Qobustan qoruğunu gördüm. Bu məkan çox maraqlıdır və böyük, qədim tarixi özündə birləşdirir. Burada gördüklərim və eşitdiklərim məndə olduqca xoş təəssüratlar yaratdı" . SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycanda səfərdə olan UNESKO-nun baş direktoru Odri Azulay bildirib.
O deyib ki, Qobustan Azərbaycanın qədim tarixini özündə canlandırır: "Bu ərazidəki qədim rəsmlərlə tanış olduqdan sonra bildim ki, Qobustan niyə məhz UNESKO-nun Dünya İrsi Siyahısına salınıb. Bu qədim məkanda olmaqdan çox məmnunam”.
Dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESKO-nun Dünya irs siyahısına daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB