“Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irs dağıdılır. Bu, yolverilməzdir”. SİA-məlumatına görə, bu fikirləri mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında bildirib.
Nazir əlavə edib ki, Mehriban xanım Əliyeva dünən sessiyada çıxışında bu məsələnin çox həssas olduğuna diqqət çəkib: “Bu məsələdə UNESKO-nun dəstəyi vacibdir. Hazırda bizim o ərazilərdə mədəniyyət abidələrinə nəzarət etmək imkanımız yoxdur. Bu, UNESKO-nun ekspert komissiyası tərəfindən, yaxud başqa formada həyata keçirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB