Birinci vitse-prezident: “UNESCO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur“

Birinci vitse-prezident: “UNESCO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur“

“Bütün bu illərdə birgə keçirilən toplantılarda, böyük beynəlxalq tədbirlərdə UNESCO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur, böyük şərəfdir”. SİA-nın məlumatına görə, bu sözləri Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda səfərdə olan UNESCO-nun Baş direktoru Odre Azule ilə görüşü zamanı bildirib.

Mehriban Əliyeva Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər istiqamətlərdə çox uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə