“Sessiya çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgilər keçiriləcək”

“Sessiya çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgilər keçiriləcək”

“Plenar sessiyalarla yanaşı, paralel olaraq panel və büro sessiyaları da keçiriləcək. Sessiyalara katiblik, məşvərət şurası və hüquq müşavirləri nəzarət edəcəklər. Sessiyaya hazırlıqla bağlı bütün məlumatlar komitənin veb-saytında əks olunub. Bütün sənədlər bu saytda öz əksini tapıb, hər kəs sessiyaya aid sənədi onlayn rejimdə işləyən bu internet resursundan əldə edə bilər”. SİA-nın məlumatına görə, bu fikirləri sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Nazir əlavə edib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyində büro üzvlərinin istəyi ilə dəyişiklik edilə bilər: “Bakı sessiyasında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət, daha sonra mədəni obyektlər üzrə nominasiyalar müzakirə ediləcək. Sessiya çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgilər keçiriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə