“Azərbaycan həm güvənilən, həm də tolerant ölkədir. Azərbaycanda müxtəlif dini və etnik icmalar sülh və qardaşlıq şəraitində yaşayır və dövlət tərəfindən daim qayğı göstərilir. Tolerantlıq insan azadlıqları fonunda yaranır. Bu azadlığı ən yüksək səviyyədə Azərbaycanda görmək mümkündür”. SİA-nın məlumatına görə, bu fikirləri mətbuata açıqlamasında Bakı şəhəri dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev deyib.
O, əlavə edib ki, Azərbaycanda müxtəlif dini və etnik icmalar sülh və qardaşlıq şəraitində yaşayır və dövlət tərəfindən daim qayğı göstərilir: “Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu dəfələrlə, həm dinşünas alimlər, həm də digər dinlərin nümayəndələri etiraf ediblər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB