“Azərbaycan xalqların dostluq şəraitində yaşadığı tolerant ölkədir” - MÜNASİBƏT
UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı mədəniyyət ocaqları, o cümlədən muzeylər maraqlı tədbirlər proqramı hazırlayıb. SİA-nın məlumatına görə, bu qəbildən olan tədbirlərdən biri də Azərbaycan İstiqlal Muzeyində açılan “Azərbaycan: tolerantlıq ünvanı” adlı sərgisidir.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev bildirib ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir: “Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu var. Azərbaycan tolerant ölkə olması ilə də tanınır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB