Forumda maraqlı müzakirələr olub - FOTOLAR

Forumda maraqlı müzakirələr olub - FOTOLAR

Forumun ikinci günündə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov geniş məruzə ilə çıxış edib. SİA-nın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin irs və dayanıqlı inkişaf üzrə fəaliyyəti” mövzusunda məruzəsində bu tarixi məkanın fəaliyyət istiqamətləri haqqında geniş danışıb.

Forum çərçivəsində tədbir iştirakçılarına İçərişəhərin idarə olunması, abidələrin qorunması, aparılan bərpa və konservasiya işləri barədə geniş məlumat verildiyini söyləyən mərkəzin direktoru deyib. "İçərişəhərin təcrübəsi digər ölkələrdən gələn qonaqların marağına səbəb olub. Abidə menecerləri bizim təcrübə ilə yaxından maraqlanırlar. Abidələrin restevrasiyası və konservasiyası ilə təcrübələrin bölüşdürülməsi ilə bağlı bizə müraciət edirlər. Biz də öz təcrübələrimizi onlarla bölüşməkdə məmnunuq", - deyə Cavid Kazımov söyləyib.
O,qeyd edib ki, Abidə Menecerləri Forumu UNESKO-nun Mədəni İrs Siyahısına daxil olan abidələrin idarəolunması ilə məşğul olan mütəxəssisləri bir araya gətirmək baxımdan mühüm əhəmiyyət kəsb edir. Forum abidə menecmenti üçün təcrübə mübadiləsi, ən son yeniliklərin bölüşdürülməsi baxımdan güclü platformadır.
Daha sonra Dünya İrs Mərkəzinin nümayəndəsi Jyoti Hosagrahar “Dünya mədəni irsi və davamlı inkişaf”, ICCROM-un əməkdaşı Regina Duriqhello “Risklərin qiymətləndirilməsi və mədəni irsin idarə olunması” mövzularında çıxış ediblər.

Daha sonra forum iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə