"Hindistanla oxşar xüsusiyyətlərimiz var" - Münasibət

"Hindistanla oxşar xüsusiyyətlərimiz var" - Münasibət

"Azərbaycan müxtəlif mədəniyyət elementlərini özündə birləşdirən multikultural ölkədir. Bu baxımdan, Hindistanla oxşar xüsusiyyətlərə malikdir". SİA-nın məlumatına görə, bu fikirləri mədəniyyət nazirinin müavini Rafiq Bayramov Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyevin də qatıldığı nümayəndə heyəti ilə görüşdə deyib.

O, əlavə edib ki, Azərbaycanda son dövrlərdə mədəniyyət və turizm sahələrində ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu islahatlar çoxdur və bu yeniliklər ölkə iqtisadiyyatına və xarici ölkələrlə ikitərəfli əlaqələrin inkişafına müsbət təsirini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə