"Müsabiqəyə 18-30 yaş aralığındakı vokalçılar qatılacaq" - Açıqlama
“Qürurla deyə bilərik ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün də ölkə rəhbərliyi tərəfindən layiqincə davam etdirilir. Bu işdə Heydər Əliyev Fondunun, xüsusilə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Hər il keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, klassik dünya musiqiçilərinin Azərbaycana gəlişi, Azərbaycan klassik ifaçılarının xarici ölkələrə səfərləri onlara yüksək ruh verir ki, bu da mədəniyyətimizin inkişafı üçün yeni yollar açır”. SİA-nın məlumatın agörə, bu fikirləri Mədəniyyət Televiziyasının rəhbəri Ramil Qasımov deyib.
O, qeyd edib ki, Azərbaycan klassik musiqisinin dərin kökləri var və bu köklərə söykənərək, Azərbaycanda ilk dəfə Vokal Televiziya Müsabiqəsinin keçirilməsinə qərar verilib. Vokalistin sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd yeni vokalçıları üzə çıxarmaq, onlarıın xalqa tanıdılması və təbliğatıdır: "Müsabiqənin proqramına Avropa və Azərbaycan klassik musiqi nümunələri, operalar, ariyalar daxil edilib. Müsabiqəyə 18-30 yaş aralığındakı vokalçılar qatılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB