Əlilliyi olan gənclər tamaşa göstərib

Əlilliyi olan gənclər tamaşa göstərib

Bakıdan və bölgələrdən olan 40 yaxın əlilliyi olan insan bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında (Aktyorlar Evində) keçirilmiş "Həyat Tamaşa Kimi" adlı Əlilliyi olan Uşaq və Gənclərin İnteqrativ Tamaşalarının 5-ci Festivalında tamaşalarla çıxış ediblər.

SİA-nın xəbərinə görə, tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Dayanıqlı Dəyişiklik Naminə Birgə Fəaliyyət Proqramının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib. Tədbirin məqsədi əlilliyi olan gənclərin məharətlərini sərgiləmələrinə imkan yaratmaq, onların Azərbaycanın mədəni həyatında vacib rolu barədə maarifləndirmək və əlilliklə bağlı olan yanlış təsəvvürləri azaltmaqdır.

"Əlilliyi olan bir çox gəncin məşğulluq və iş imkanları məhduddur. Onlar həmçinin yanlış təsəvvürlər və stereotiplərlə üzləşirlər. Buna görə, bu festival çox vacibdir; çünki o, əlilliyi olan gənclərin bacarıqları barədə məlumatı artıracaq və sosial inteqrasiya məqsədini dəstəkləyəcəkdir. Həmçinin, əlilliklə bağlı yalnış təsəvvürlərlə mübarizə aparmağa kömək edəcək", ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə əməkdaşı Terri Devidson deyib.

Tədbir gənclərə hökumət rəsmiləri, biznes rəhbərləri, QHT-lər, Diplomatik Missiya Rəhbərlərinin Xanımları birliyinin nümayəndələri, habelə uşaqlar və ailələri qarşısında tamaşalar vasitəsilə öz bacarıqlarını nümayiş etdirmək və qarşılaşdıqları çətinlikləri ifadə etmək fürsətini yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə