Novruz bayramında gənc rəssamlarımız Koreyada əl işlərini nümayiş etdirəcəklər- AÇIQLAMA

Novruz bayramında gənc rəssamlarımız Koreyada əl işlərini nümayiş etdirəcəklər- AÇIQLAMA
Bu yaxınlarda Azərbaycan Rəssamlar İttifaqında (ARİ) bir çox rəssamların sənət əsərləri nümayiş olunacaq. Bu barədə SİA-ya açıqlamasında ARİ-nin sədri, xalq rəssamı Fərhad Xəlilov bildirib.

Fərhad Xəlilov onu da qeyd edib ki, Moskvada Novruz bayramı ərəfəsində- martın 23-də gənc rəssamlarımızın sərgisi keçiriləcək: "Bununla yanaşı, mart ayında həmçinin Koreyada da sərgi təşkil olunacaq. Bu sərgini "Səba" və Koreya cəmiyyəti gerçəkləşdirəcək. 10 nəfərə yaxın gənc rəssamlarımız həmin sərgidə iştirak edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə