"Yanardağa" turist axını artıb - Açıqlama

"Yanardağa" turist axını artıb - Açıqlama

Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna press-tur təşkil olunub. SİA-nın məlumçatına görə, tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Brifinqdə çıxış edən Dövlət Turizm Nazirliyinin sədri Fuad Nağıyev bildirib ki, Yanardağa turist axını dinamik şəkildə davam edir. Əcnəbi turistlərlə yanaşı, yerli əhali də bu abidəni ziyarət edir. Qeyd edib ki, bu təbliğat davam etməlidir. Bununla bağlı bütün otellərdə qoruqla bağlı məlumatlar yerləşdirilib. Bu siyasətin turizm şirkətləri ilə birgə aparıldığını söyləyən F.Nağıyev bu işdə onlara dəstək olduğunu vurğulayıb.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, agentlik bu ildən çimərliklərlə bağlı monitorinqə başlayıb. Monitorinqin məqsədi çimərliklərin abadlaşdırılması və buraya girişin ödənişsiz olmasından ibarətdir. Çimərliklər ancaq göstərdiyi xidmətə görə pul almalıdır. Belə ki, Turizm Agentliyi çimərliklərin ictimai olmasının tərəfdarıdır. Bu ilin sonunda monitorinqin nəticələri bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə