Abşerondakı kurortlar MDB kurortlarının ilk beşliyində

Abşerondakı kurortlar MDB kurortlarının ilk beşliyində

Rusiyanın “TurStat” analitik agentliyi 2019-cu ilin yayında MDB məkanında istirahət etmək üçün ən yaxşı və ən populyar kurortların reytinqini tərtib edib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan kurortları MDB məkanında ən populyar kurortlar hesab edilib.

SİA-nın məlumatına görə, agentlik bildirir ki, yay mövsümündə MDB ölkələrinə turizm səfərlərinin əsas üstünlükləri bu ölkələrə gediş-gəlişin vizasız olması, yerli sakinlərin rus dilini bilməsi, qonaqpərvərliyi, istirahətin çox baha olmaması, dadlı yerli yeməklər və bol meyvələrdir. Azərbaycanın Abşeron yarımadasındakı kurortlar MDB ölkələri kurortlarının ilk beşliyinə daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə