Film Fondunda Lətif Səfərovun şəxsi arxiv fondu yaradılıb- AÇIQLAMA
Dövlət Film Fondunda görkəmli kinorejissor, əməkdar incəsənət xadimi Lətif Səfərovun şəxsi arxiv fondu yaradılıb. Bu barədə SİA-ya açıqlamasında Film Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib. Fonda Lətif Səfərovun foto sənədləri və başqa materiallar daxildir. Bu materiallar kinorejissorun oğlu və yaxınları tərəfindən fonda verilib.
C. Quliyev onu da qeyd edib ki, Rusiya vətəndaşının şəxsi arxivindən Dövlət Film Fonduna rejissor Vaqif Mustafayevin "Nakəs" filminin foto sənədləri daxil olub.
Cəmil Quliyev rəhbərlik etdiyi Dövlət Film Fondunda bu günə kimi bu filmlə bağlı heç bir material olmadığını açıqlayıb. Sözügedən ekran əsəri 1992-ci ildə istehsal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB