“Şərqin muğam-məqam sistemləri” mövzusunda II elmi-nəzəri konfrans keçirilib- FOTO

“Şərqin muğam-məqam sistemləri” mövzusunda II elmi-nəzəri konfrans keçirilib- FOTO
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda II Beynəlxalq Muğam Festivalının Simpoziumu ərəfəsində "Şərqin muğam-məqam sistemləri" mövzusunda II elmi-nəzəri konfrans keçirilib.

SİA-nın məlumatına görə, konfransda ilk olaraq çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, artıq ikinci dəfədir ki, ABİ-də muğam festivalının elmi konfransı təşkil edilir: " Bugünki elmi konfrans isə demək olar ki, yekun tədbirdir. Bu ilki simpozium YUNESCO səviyyəsində təşkil ediləcək. YUNESCO ICTM qurumunun növbəti iclasını Bakıda keçirməyi təklif edib. Biz bu təklifi məmnuniyyətlə qəbul etdik. Qərara gəldik ki, iclası simpozium şəklində festival çərçivəsində keçirək. Simpozium tək Azərbaycan muğamına yox, makam-muqam mədəniyyətinə həsr olunan dünya alimlərinin yığıncağı şəklində olacaq".

İttifaq sədri qeyd edib ki, bugünkü konfrans simpozium ərəfəsində baş tutan son tədbir olacaq. Burada dinləniləcək çıxışlardan yalnız 5 və ya 6-sı simpozium üçün seçiləcək. Simpoziumda isə müxtəlif ölkələrdən cəmi 20 məruzə dinləniləcək.

II elmi-nəzəri konfransda Cəmilə Həsənova, Sürəyya Ağayeva və Şamil Hacıyev, Elmira Pənahova, Nərgiz Şəfiyeva, Şəhla Həsənova və başqaları daxil olmaqla 15 musiqiçi məruzə ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə