"Özbəkistanda mədəni layihələrimiz daim davam edir. Maraqlı konsertlər, Azərbaycanın mədəniyyətini əks etdirən mədəniyyət günləri və bu kimi tədbirlər burada maraqla qarşılanır".
SİA-nın məlumatına görə, bu sözləri özəl açıqlamaslnda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru direktoru Samir Abbasov deyib. O, əlavə edib ki, Özbəkistanın “Mədəniyyət və Mərifət” Telekanalında Azərbaycanın Qobustan Dövlət Tarix Muzeyi və Heydər Əliyev Mərkəzi haqqında özbək dilində veriliş nümayiş etdirilib.
Qeyd edək ki, veriliş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək jurnalistlərin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB