“Birlik” Xeyriyyə Təşkilatı uşaqları sevindirib - TƏDBİR-FOTOLAR

“Birlik” Xeyriyyə Təşkilatı uşaqları sevindirib - TƏDBİR-FOTOLAR

Bu gün İçərişəhərdə yerləşən "La Mangerie Baku" restoranında "Birlik" Xeyriyyə Təskilati tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş maraqlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə valideyn himayəsindən məhrum uşaqlar üçün bayram süfrəsi açılıb, əyləncəli proqram təşkil olunub.

“Birlik” Xeyriyyə Təşkilatının rəhbərliyi Murad Qulubəyli və Cəlil Xudiyevin adından uşaqlara maraqlı hədiyyələr təqdim olunub.

Tədbirdə 1, 2 və 3 saylı uşaq evilərinin uşaqları iştirak edib.

Tədbirdə uşaqlar müğənnilərin ifasında musiqi nömrələri dinləyib, rəqslər edib və maraqlı oyunlar oynayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə