Azərbaycanlı rəssam, milli geyim və dekorativ tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Kəmalə Kərimova-Janssonun İsveçdə “Azərbaycan mədəniyyəti” adli sərgisi maraqla qarşılanıb. SİA-nın məlumatına görə, İsveçin milli gün bayramına təsadüf edən sərgi krallığın Onge əyalətinin kitabxanasında reallaşıb.
Rəssam milli geyimlərimizdən Bakı, Qarabağ, Şamaxı, Şəki, qədim parçalarımız, güləbətin tikmə ilə Basqala aid olan başmaq, müxtəlif növ tikmə üsulu ilə hazırlanan əşya qabları və “Azərbaycan inciləri” adlı pannolar nümayiş edib.
Kəmalə Kərimova-Jansson əl işləri ilə yanaşı, Azərbaycanın dahi şəxsiyyətləri və xalq sənətkarlığı haqqında da foto və izahlı məlumatlar nümayiş edib. Füzuli, Nizami, Nəsimi, Üzeyir Hacibəyli, Vaqif Mustafazadə, Lətif Kərimov, Səttar Bəhlulzadə və digər şəxsiyyətlər barədə fotolar, həmçinin Qobustan əlyazmaları, milli muğam, Azərbaycan mətbəxinin inciləri təqdim edilib.
Tədbirdə Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqomayevin, Bülbül, Rəşid Behbudov, Soltan Hacıbəyli, Əhsən Dadaşov kimi musiqiçi və bəstəkarların əsərləri səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB