“Məqsəd ölkəmizdəki tolerantlığın, multikulturalizmin təbliğidir” - FOTOLAR
“Sərgidə Azərbaycanın mədəni müxtəlifliyi əks olunub. Bunda əsas məqsəd ölkəmizdəki tolerantlığın, multikulturalizmin təbliğidir. Fotolar Azərbaycan ərazisində yaşayan insanların qonaqpərvərliyini və ölkəmizə gələn xarici vətəndaşlara göstərdiyi gözəl münasibəti də əks etdirir”. SİA-nın məlumatına görə, bu fikirləri Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov Hollandiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Azərbaycanın mədəni müxtəlifliyi” mövzusunda olan fotosərgidə deyib.
O, əlavə edib ki, fotoqraflar Arien Zvart, Ramina Boçarova, Rüstəm Hüseynov, Vaqif Muğallı, Arif Quluzadə, Ciordano Sotiriou, Onno Kervers və kinooperator Ülvi Mehdinin Azərbaycanın Astara rayonunun Sim kəndinin gözəl və özünəməxsus həyatını, yerli mədəniyyətini və adət-ənənələrini əks etdirən əsərləri olduqca maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB