2018-ci ilin mart ayından etibarən start götürən "İstedArt" mədəni-xeyriyyə layihəsi "İçərişəhər" DTMQİ tərəfindən həyata keçirilir. SİA-nın məlumatına görə, artıq 3-cü mövsümünü geridə qoyan layihədə bu mövsüm Bakı şəhərinin internat məktəblərindən, Daun sindromlu şəxslərin reabilitasiya mərkəzindən 34 uşaq 8 müəllimin rəhbərliyi altında rəssamlıq və qrafika üzrə dərs keçirilib.
Bundan başqa, Respublika İncəsənət Gimnaziyası şagirdlərinin iştirakı ilə mövsüm üzrə sərgi keçirilib.
“İçərişəhər” DTMQİ əməkdaşı tərəfindən İçərişəhərdə aparılan bərpa işləri barədə məlumat verilib. Şirvanşahlar Sarayı Kompleksində Dünya İrs Şəhərləri Təşkilatının keçirdiyi “Video production competition” layihəsi üzrə qalib olan tələbələr mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB