“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının 2019-ci ilin birinci sayı çapdan çıxıb. SİA-nın məlumatına görə, Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının birinci sayı artıq hazırdır.
Jurnala daxil edilən məqalələrdə Naxçıvan Muxtar Respublikasında turizm məkanlarının müasir inkişaf səviyyəsi, Turizm sahəsinə yönəldilən investisiyaların səmərəliliyinin qiymətləndirilməsi, Kənd turizmində fəal istirahətin təşkilinin əsas istiqamətləri, Sosial-iqtisadi inkişafın modelləşdirilməsinə dair bəzi nəzəri fikirlər, Xarici ticarətdə ixrac potensialının tənzimlənməsinin xüsusiyyətləri, Müasir regional siyasətin həyata keçirilməsi şəraitində azad iqtisadi zonaların perspektivləri, XX əsrin sonlarında Balkan problemi – Yuqoslaviya Birliyinin parçalanması, XXI əsrin əvəllərində ABŞ-Liviya münasibətlərinin səciyyəvi cəhətləri araşdırılıb və tədqiqat nəticələri təhlil edilib.
Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB