Musiqi Məktəbinin hesabat konserti keçirilib FOTOLAR

Musiqi Məktəbinin hesabat konserti keçirilib FOTOLAR

Bakı şəhər Xəzər rayon 24 saylı onbiillik Musiqi Məktəbinin 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş konserti olub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın hərbi dirijoru və pedaqoqu, Xalq artisti, general-mayor Yusif Axundzadə, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Bakı şəhər Mədəniyyət baş İdarəsinin rəisi Cəmil Məlikov, Musiqi Məktəbinin direktoru Samirə İsayeva və digər qonaqlar iştirak ediblər.

Tədbirin aparıcısı Aytən Haşımova qonaqları salamladıqdan sonra “Uşaqlar bizim xoşbəxt gələcəyimizdir” adlı konsert proqramını açıq elan edib. Bildirib ki, xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır: “Uşaqlar xalqın gələcəyi, dövlətin möhkəmliyidir. Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca vəzifələrindəndir. Bu baxımdan Uşaqların Beynəlxalq Müdafiəsi Günü -1 iyun tarixinin özünəməxsus yeri vardır. Azərbaycanda da uşaqların müdafiəsi ilə bağlı çox önəmli addımlar atılır. Bu gün ölkəmizdə uşaqlar diqqət və qayğı ilə əhatə olunub.Ulu öndər Heydər Əliyevin dahiliyi onda idi ki, O, böyüklərə qarşı nə qədər sərt və tələbkar idisə, uşqlara qarşı nəzakətli və həssas idi. O, uşaqları hədsiz dərəcədə sevirdi, onlara öz övladı kimi qayğı göstərirdi. Bu gün isə bu münasibəti biz Heydər Əliyev siyasətinin davamçısı Prezidentimiz İlham Əliyevdə və birinci vitse-prezident Mehriban xanım Əliyevada görürük. Bir daha bayramınız mübarək, əziz uşaqlar!”.

Qeyd edək ki, konsertdə musiqi məktəbinin şagirdləri ilə yanaşı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində 2011-ci ildə yaradılmış Gənclər Kamera Orkestri də çıxış edib. Məlumat üçün bildirək ki, Orkestrin bədii rəhbəri BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir.

Sonra Cavad Tağızadənin drijoru olduğu Bakı Kamera Orkestrinin müşayiəti ilə 24 saylı Musiqi Məktəbi şagirdlərinin ifasında bəstəkar və xalq mahnıları səsləndirilib.

Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi çıxış edərək məktəbin kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sonda məktəbin direkrotu Samirə İsayeva tədbirə gəldiklərinə görə qonaqlara minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə