Nazir: "Bu Forum ən nüfuzlu tədbirlərdən biridir" - Açıqlama

Nazir: "Bu Forum ən nüfuzlu tədbirlərdən biridir" - Açıqlama

"Ölkəmiz yaxın vaxtlarda növbəti beynəlxalq tədbirə - UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək. Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biridir". SİA-nın məlumatına görə, bu sözləri nazir Əbülfəs Qarayev Heydər Əliyev Mərkəzində “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda keçirilən Beynəlxalq Memarlıq Forumunda deyib.

O, əlavə edib ki, bu tədbirə ev sahibliyi etmək və eyni zamanda, Komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə