"Şairlər Günü artıq doqquz ildir ki, qeyd olunur" - Özəl

"Şairlər Günü artıq doqquz ildir ki, qeyd olunur" - Özəl

"Bildiyiniz kimi bu gün Şairlər Günüdür. Bu günün xüsusi qeyd olunması təqdirəlayiq və vacibdir. Azərbaycanın tanınmış, qələminin gücü ilə zirvələri fəth edən çox sayda şairləri var. Bu gün gənc nəsil arasında da çox istedadlı yazarlarımız var. Onlar dövlətimiz tərəfindən də yüksək dəyərləndirilirlər, mükafatlara, fəxri adlara layiq görülürlər". Bu sözləri SİA-ya özəl açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Xəyal Rza deyib.

O, əlavə edib ki, Şairlər Günü artıq doqquz ildir ki, qeyd olunur: "Bu dəfəki yığıncaq böyük şair Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə