"Çalışmalıyıq ki, turistlərə fərqli, maraqlı məhsullar təqdim edək" - Açıqlama

"Çalışmalıyıq ki, turistlərə fərqli, maraqlı məhsullar təqdim edək" - Açıqlama

“Biz çalışmalıyıq ki, turistlərə fərqli, maraqlı məhsullar təqdim edək. Bu cəhətdən aqroekoturizm məhsulları xüsusilə önə çıxır. Aqroekoturizmin inkişafı üçün Azərbaycanın zəngin potensialı var. Təbiətimiz gözəl, regionlarımız özünəməxsus, insanlarımız qonaqpərvərdir".

SİA-nın məlumatına görə, bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. O, əlavə edib ki, bizim əsas vəzifəmiz bu potensialı səmərəli istifadə etmək, təbliğat aparmaq, uğurlu təqdimat həyata keçirməkdir: “Şəhərdən Kəndə” layihəsinin əsas məqsədi də budur. Dövlət Turizm Agentliyi olaraq Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçiriləcək bu layihənin tərəfdaşı olmaqdan məmnunluq hissi keçiririk”.

Bütün xəbərlər Facebook səhifəmizdə