Bu gün Qara Qarayev yad edilir
Fevralın 5-i dahi bəstəkar, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, Dövlət Mükafatları laureatı, akademik Qara Qarayevin doğum günüdür.

Bu günlər böyük sənətkarın xatirəsi ehtiramla yad edilir, dahiyanə musiqisi səslənir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, Qara Qarayevin adını daşıyan Bakı şəhər 8 nömrəli onbirillik musiqi məktəbinin kollektivi də bəstəkarın doğum gününü qeyd edir. Məktəbin müəllim və şagirdləri bu gün səhər bəstəkarın məzarını ziyarət edib. Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində isə sənətkarın və onun tələbələrinin əsərlərindən ibarət konsert proqramını təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə