Botanika sərgisini 1,81 milyon nəfər ziyarət edib - Statistika

Botanika sərgisini 1,81 milyon nəfər ziyarət edib - Statistika

“Pekin Ekspo 2019” Botanika Sərgisini indiyədək 1,81 milyon nəfər ziyarət edib. Çində yerləşən bu sərgini aprelin 29-da başlayaraq gündəlik orta hesabla 51 min nəfərin ziyarət edib. Sərgi çərçivəsində keçirilmiş 675 müxtəlif tədbirdə 910 min nəfər iştirak edib.

Qeyd edək ki, “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda təşkil edilən sərgi 503 hektar ərazini əhatə edir. Oktyabrın 7-dək davam edəcək sərgini 16 milyon nəfərin ziyarət edəcəyi gözlənilir.

Sərgidə “Azərbaycan: təbiət və incəsənətin harmoniyası” adlanan milli pavilyonumuzun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə