“Uşaq kinosu həftəsi”nə 3959 şagird qatılıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində “Uşaq kinosu həftəsi” keçirilib. SİA-nın məlumatın agörə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan kino həftəsində 16 mədəniyyət müəssisəsində Azərbaycan və rus dilində təşkil olunan 37 seansda 3959 şagird iştirak edib.

Azərbaycan və rus dillərində təşkil olunan nümayişlərdə “Dərs” filminin rejissoru Xalq artisti Rafiq Əliyev, filmin montaj rejissoru Elşad Rəhimov, yazıçı Lalə Ümüd və məktəblərdə çalışan psixoloq müəllimlər şagirdlərlə görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə