“Turan Mübarizi” adlı kitabın təqdimat mərasimi keçirilib- FOTO
Bu gün Gənc Tamaşaçılar Teatrında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan "Turan Mübarizi" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə tanınmış ziyalılar elm, mədəniyyət və ədəbiyyat xadimləri, hərbçilər, mətbuat nümayəndələri və M.İbrahimovun ailə üzvləri iştirak edib.
Təqdimatda çıxış edən kitabın müəllifi Y. Y. Canıyar Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun göstərdiyi şücaətdən geniş söz açıb: "M. İbrahimov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək vətən uğrunda qəhrəmancasına həlak oldu".
Nəfis şəkildə çap olunan "Turan Mübarizi" kitabında M.İbrahimovla bağlı rəsmi sənədlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onunla bağlı söylədiyi dəyərli fikirlər, görkəmli elm və mədəniyyət adamlarının, ziyalıların, onu yaxından tanıyan insanların ürək sözləri, bəzi vacib tarixi faktlar, şeirlər, məqalələr, çoxsaylı fotoşəkillər və digər maraqlı materiallar yer alıb. Kitabın müəllifi polkovnik Yəhya Yusif Canıyar, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmlidir.
Gecədə Milli Qəhrəmanın həyatından bəhs edən çıxışlarla yanaşı, ədəbi-bəddi, musiqili kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, kitab Mədəniyyət və Turizm Nazirliyi və "Ozan" nəşriyyatının təşkilatçılığı ilə çap olunub. Kitab 1000 tirajla işıq üzü görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB