“Göyçək Fatma” ilə görüşün vaxtı dəyişib

“Göyçək Fatma” ilə görüşün vaxtı dəyişib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yeni ilin ilk premyerasının hazırlıq işlərini başa çatdırıb. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri məlumat verib. Məlumata görə, teatr bu dəfə kiçik yaşlı tamaşaçılarına Azərbaycan xalq nağılı olan "Göyçək Fatma"nı təqdim edəcək.

 

İki hissəli sehrli nağıl janrında hazırlanan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor və xoreoqrafı Nicat Kazımovdur. Tamaşanın musiqi tərtibatı Cahangir Zülfüqarova məxsusdur.

 

Tamaşada əsas rolları əməkdar artistlər- Seyidşah Məmmədov, Nübar Novruzova, Kubra Dadaşova, Naibə Allahverdiyeva, Qəmər Məmmədova, Lətifə Əliyeva, aktyorlar Sərvər Əliyev, Almaz Mustafayeva, Təhminə Məmmədova, Xalidə Əliməmmədova, Zülfiyyə Alhüseynova, Şəbnəm Hüseynova və başqaları ifa edirlər.

 

Tamaşanın premyerası fevral ayının 5-da saat 12.00 və 15.00-da gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə