"İstedadlı gənclərimiz olduqca çoxdur. Onların tanınması olduqca vacibdir. Bu günlərdə gənc rəssam Fatimə Mahmudovanın fərdi rəsm sərgisi açıldı. Bu, gənc rəssamın ilk fərdi sərgisi idi.Onun Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin yaratdığı Uşaq Yaradıcılıq Rəsm Studiyasının tələbəsi kimi üç illik yaradıcılığının məhsuludur". Bu sözləri SİA-ya açıqlamasında Sənət Mərkəzinin direktoru Zahid Əvəzov deyib.
O, əlavə edib ki, Fatimə Mahmudovanın əsərlərinə baxdıqda rəngarənglik və fərqliliyin şahidi oluruq: "Ekspozisiyadakı rəsmlərdə daha çox gənc rəssamın təbiət mövzusuna müraciət etdiyini görürük. Biz bu gün sərgidə nümayiş edilən bir sıra əsərlərin satışını da təşkil etməyi nəzərdə tutub. Sərgidə 70-dək rəsm əsəri yer alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB