“İki ölkə arasındakı layihələr çox önəmlidir” - FOTOLAR

“İki ölkə arasındakı layihələr çox önəmlidir” - FOTOLAR

”İki qardaş ölkə arasında mədəniyyət və incəsənət sahəsində həyata keçirilən layihələr çox önəmlidir. Ebru, təzhib və çini kimi ənənəvi sənətlərin yaşadılmasının əhəmiyyəti böyükdür. Bu cür layihələr bundan sonra da dəstəkləyəcək. Bu sərgi bu sənətə maraq göstərənləri bir araya toplamaq üçün xüsusi önəm daşıyır. Sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm, sərginin işinə uğurlar arzulayıram”. SİA-nın məlumatına görə, bu sözləri Bakı Yunus Əmrə İnstitutunda təşkil olunan sərgidə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib.

Qeyd edək ki, ebru, təzhib və çini kurslarını bitirən tələbələrin əsərlərindən ibarət sərgi Bakı Yunus Əmrə İnstitutu və Sənət və Məslək Kurslarının birgə əməkdaşlığı ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə