Bu gün görkəmli bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 90-cı ildönümü tamam olur. Bu münasibətlə, musiqi ictimaiyyətin nümayəndələri ikinci Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər.
Azərbaycan musiqisinə böyük töhfələr verən Oqtay Zülfüqarovun ömür yolundan və yaradıcılığından söz açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, o daha çox uşaqlar üçün musiqi yazıb: “Onun mahnıları dillər əzbəridir. İnsanlarla, xüsusilə də uşaqlarla ünsiyyətə girməyi bacarırdı. Oqtay Zülfüqarov həmçinin uşaq filarmoniyalısının təməlini qoyan bir insandır. Onun ciddi əsərləri də çoxdur. Oqtay müəllim bütün janrlarda gözəl əsərlər yaradıb. O, Qara Qarayevin ən görkəmli tələbələrindən biri olub. Keçmiş sovetlər birliyinin bütün şəhərlərində simfonik orkestrlə olan konsertlərdə onun əsərləri səsləndirilib”.
Sonra Oqtay Zülfüqarovun məzarı önünə əklil qoyulub, qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB