Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur - Tədbir

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur - Tədbir

Bu gün Nizami Kino Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçriilib. SİA-nın məlumatına görə, tədbir qayğıya xüsusi ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədi daşıyıb. Tədbir “Salnaməfilm” sənədli filmlər studiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında məlumat verilib, qeyd edilib ki, Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində mayın 31-dək “Uşaq kinosu həftəsi” keçirilir.

Qeyd edək ki, kino həftəsi çərçivəsində 32 film nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə