"İlyas Əfəndiyev teatr məktəbi yaradıb" - Açıqlama

"İlyas Əfəndiyev teatr məktəbi yaradıb" - Açıqlama

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İlyas Əfəndiyevin 105 illiyi müxtəlif məkanlarda qeyd olunur. SİA-nın məlumatına görə, ədibin yubileyi münasibəti ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli fikirlərini bildirib.

O, qeyd edib ki, Xalq yazıçısı İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatı tarixində mövqeyi, zəngin yaradıcılığı mövcuddur: "İlyas Əfəndiyev Azərbaycan dramaturgiyasının inkişafında müstəsna xidmətlər göstərmiş ədiblərimizdən biridir. Görkəmli yazıçının “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Unuda bilmirəm” pyesləri ilə ölkəmizdə lirik-psixoloji dramın əsası qoyulub və Azərbaycan dramaturgiyasında yeni mərhələ başlanıb. Yazıçının oxucular tərəfindən rəğbətlə qarşılanan əsərləri dəfələrlə tamaşaya qoyulub. İlyas Əfəndiyev teatr məktəbi yaradıb. Bundan əlavə, Xalq yazıçısı “Söyüdlü arx”, “Körpüsalanlar” romanları ilə bir çox stereotipləri sındırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə