"Mənim Azərbaycanım” layihəsi uşaqları gözləyir -Özəl

"Mənim Azərbaycanım” layihəsi uşaqları gözləyir -Özəl

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “İçərişəhər” Muzey Mərkəzi və DA ART-Təsviri İncəsənət Mərkəzi ilə qarşılıqlı olaraq “Mənim Azərbaycanım” adlı sərgi keçirəcək. Sərgi İçərişəhərdə, Qüllə küçəsi, Arxeololi parkda, saat 15-00-da başlayacaq.

SİA-ya Mərkəzdən verilən məlumata görə, Uşaqlar Gününə həsr olunmuş sərgidə 100-ə yaxın rəsm əsərləri, batika və kuklalardan ibarət əl işləri nümayiş olunacaq.
Sərgiyə Azərbaycan Respublikasının Xalq rəssamı Arif Hüseynov da qatılacaq.

Eyni zamanda, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının iştirakı ilə konsert proqramı təşkil olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə