"Üç saylı Uşaq-Gənclər Mərkəzi fəal mərkəzlərdən biridir. Bu günlərdə 28 nömrəli tam orta məktəbdə "28 May -Respublika Günü" münasibəti ilə “Milli qəhrəmanlarımız unudulmur” adlı tədbir keçiridi". Bu barədə SİA-ya Mərkəzin müəllimi G.Qurbanova məlumat verib.
Bildirilib ki, tədbirə yazıçı Elxan Elatlı dəvət olunub. Dərnək üzvləri “Qisas gecəsi” romanından səhnələşdirilmiş parçalar göstərilib. Əsasən detektiv əsərlərinin müəllifi kimi tanınıb Elxan Elatlının "Qisas gecəsi" romanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qısa həyatından və şərəfli döyüş yolundan bəhs edir. Bildirilib ki, belə əsərlər gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində öz müsbət rolunu oynamağa qadirdir.
Tədbirdə iştirak edənlər uşaqlar Milli Qəhrəman Mübariz İbrahimov barədə ətraflı məlumatlar öyrənib, yazıçıdan onları maraqlandıran suallara cavab alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB