Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyi yeni layihə üzərində işləyir. SİA-nın məlumatına görə, Birlik “Hərbi Xidmətə - Səfərbərik” adlı layihə çərçivəsində sənədli film üçün ssenari müsabiqəsi keçirir.
Birliyin sədri Gülşən Behbud bildirib ki, layihə çərçivəsində gənc və yeniyetmələr arasında vətəni müdafiə etmənin müqəddəs və şərəfli bir öhdəlik olduğunu təbliğ etmək və onlar arasında bu istiqamətdə maarifləndirici təbliğat aparmaq əsas məqsəddir: "Bu amalın geniş gənclər ordusu arasında yayılması olduqca vacibdir. Gənclər arasında ssenari müsabiqəsinin keçirilməsi , qalib şəxsin ssenarisi əsasında qısa metrajlı filminin çəkilməsi vətənpərvərlik hisslərinin tədliğinə xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB