"Yüksəl, ey Azərbaycan" təqdim olunub - TƏDBİR

"Yüksəl, ey Azərbaycan" təqdim olunub - TƏDBİR

Bu gün Milli Konservatoriyada Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Express Bank”ın tərəfdaşlığı ilə "Yüksəl, ey Azərbaycan" albomunun təqdimat mərasimi olub. SİA-nın məlumatına görə, layihənin rəhbəri Prezident təqaüdçüsü, Milli Konservatoriyanın doktorantı, beynəlxalq festival laureatı Leyla Muradzadədir.

Qeyri-musiqi ixtisaslı kollektivlərin ifalarından ibarət 12 mahnı yer alıb. Burada Uşaq kapellası, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə xorları, 23 və 35 nömrəli musiqi məktəblərinin xor kollektivləri, eləcə də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbi şagirdlərinin ifaları cəmlənib.

Layihədə ümumilikdə 250-dək uşaq və gənc iştirak edib. Layihənin məqsədi uşaq və gənclər arasında xor musiqisini təbliğ etmək, onların kollektiv ifa bacarıqlarını inkişaf etdirmək, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyəsinə təsir göstərməkdir. Layihəyə musiqi potensialının üzə çıxarılması məqsədilə sağlamlıq məhdudiyyətli uşaqlar da cəlb olunub.

Mahnının sözləri Anar Məmmədova, musiqisi Rəna Qədimovaya, aranjemanı isə Etibar Əsədliyə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə