Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində “Qaynar xətt” yaradılıb
Bu gündən etibarən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin "Qaynar xətt"i (492 44 33) fəaliyyətə başlayır. İdarənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qaynar xətt səhər saat 09.00-dan axşam saat 18.00-dək fəaliyyət göstərəcək. Məlumatda bildirilir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin "Qaynar xətt"i struktura daxil olan bütün mədəniyyət müəssisələri haqqında şikayətləri və problemli məsələlər haqqında məlumatları qəbul edəcək.
Qəbul edilən bütün məlumatlar birbaşa olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisinə çatdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB