Rusiyanın “Mədəniyyətin ekologiyası” muxtar qeyri-kommersiya təşkilatının “Rossotrudniçestvo” agentliyinin dəstəyi ilə 2019-cu ilin mart-iyun aylarında keçirdiyi I Beynəlxalq Rus Musiqisi Fortepiano Festivalı çərçivəsində Bakıda, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində festivalın bədii rəhbəri, Rusiyanın Əməkdar artisti, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professoru Yuri Boqdanovun konserti olub.
Konsertdə beynəlxalq müsabiqələr laureatı Riad Məmmədov da iştirak edib. Yuri Boqdanov gənc Azərbaycan pianoçuları üçün ustad dərsi keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB