Bakıda nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsi başlayıb
Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhərində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsini elan edib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Müsabiqə respublikada nəfəsli və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə təşkil olunub.
Martın 1-dən 15-dək keçiriləcək müsabiqə fleyta, qoboy, klarnet, valtorna, truba, trombon, ksilofon, vibrofon, kiçik təbil və s. alətlər üzrə iki yaş qrupunda keçirilir. Müsabiqə I qrup (10-13 yaş) üzrə bir tur, II qrup (14-17 yaş) üzrə iki mərhələdən ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər çıxış proqramını və sənədlərini fevralın 15-dək Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodikİ Mərkəzinə göndərilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB