“Belə yazıçılar heç vaxt unudulmur”

“İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı ədəbiyyatımızda sonralar məşhur 60-cı illər deyilən ədəbiyyatın əsasını qoyub. Yazıçı “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, eləcə də dram əsərləri ilə ədəbiyyata ilk dəfə lirik-psixoloji üslub gətirib”.

SİA-nın məlumatına görə bu sözləri Mili Kitabxananın direktoru Kərim Tahirov görkəmli yazıçı İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında məlumat verərkən deyib. O, əlavə edib ki, belə yazıçılar heç vaxt unudulmur.

Bütün xəbərlər Facebook səhifəmizdə