"İnsanların hisslərini ifadə etdiyim üçün xoşbəxtəm" - Özəl

""Sevən tərəfdə mən" mahnısını uğurlu hesab edirəm. Tanıdığım insanlardan bir neçəsi yeni mahnımın həyatlarında baş verənlərdən bəhs etdiyini deyiblər. İnsanların mahnılarımda öz hekayələrini görmələrinə sevinirəm". Bu barədə sevilən sənətçi Zülfiyyə Xanbabayeva deyib.

Sənətçi SİA-ya bildirib ki, öz həyatımın da müxtəlif dövrləri, hadisələri ilə bağlı olan mahnılar var: "Bu mahnılar məni keçmişə, yaşananlara qaytaran doğma mahnılardır. İnsanların hisslərini, sevinc və kədərini ifadə etdiyim üçün xoşbəxtəm".

Bütün xəbərlər Facebook səhifəmizdə