Amsterdamda Firəngiz Əlizadənin yeni əsərinin premyerası olub - FOTO

Amsterdamda Firəngiz Əlizadənin yeni əsərinin premyerası olub - FOTO
Yanvarın 21-dən 30-dək davam edən festival çərçivəsində Hollandiyanın məşhur konsert salonlarında dünyanın müxtəlif ölkələrindən gələn tanınmış musiqiçilərin ifasında qədim Əndəlüs musiqisi olan flamenkolar ifa olunub.

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti Firəngiz Əlizadənin musiqi tarixinqdə ilk dəfə olaraq flamenko ilə muğamın sintezindən bəhrələnən "Mugflamenko" əsəninin premyerası yanvarın 30-da Amsterdamda yeni inşa olunan 1200 nəfərlik "Muzikcentrum" Konsert Salonunda baş tutub. Bu barədə SİA-ya ABİ-nin mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu məlumat verib.

Festivalın təşkilat komitəsinin təklifi ilə bəstələnən əsərin tanınmış xanəndə əməkdar artist Zabit Nəbizadə, tarzən Ələsgər Məmmədovun, eləcə də tanınmış dirijor Ed Spanyardın idarə etdiyi Hollandiyanın məşhur "Nieuw Ensemble" kamera orkestri, həmçinin məşhur flamenko ifaçısı Karlos Moreno Deniya Arturo Ramon tərəfindən harmonik ifası tamaşaçıların sürəkli alqış sədaları ilə müşayət olunub.

Konsertdən sonra festivalın bədii rəhbəri Ernestino Fon De Noort Firəngiz xanımın "Mugflamenko"nu "Flamenco Biennale"nin bəzəyi kimi qiymətləndirərək, bu əsəri Azərbaycan və Avropa musiqisinin sintezi ənənəsinin ən gözəl nümunəsi olduğunu qeyd edib: "Çox şadam ki, bizim festivala əsər bəstələmək üçün Firəngiz xanımı razı sala bildik. O, bir daha adını mədəniyyətlər dialoqu və müasir musiqi tarixinə qızıl hərflərlə yazdırdı". Ernestino Fon De Noort həmçinin xanəndə Zabit Nəbizadənin, tarzən Ələsgər Məmmədovun ifasına veleh oldunu qeyd edib.

Məlumat üçün qeyd edək ki, flamenko musiqi və rəqsin bir hissəsi olub, İspaniyanın musiqi mədəniyyəti nümunəsidir.

Qeyd edək ki, yanvarın 21-dən 30-dək davam edən festival çərçivəsində 27 konsert, onlarla seminar, mühazirələr, master-klasslar keçirilib ki, bu tədbirlərdə 10 minlərlə tamaşaçı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə