Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Tətbiqi Sənəti Dövlət Muzeyində 2 Fevral- Gənclər Günü ilə əlaqədar "Xalçada yeni nəfəs" adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, sərgidə Xalça Muzeyinin direktoru Roza Tağıyeva, xalq rəssamı Ağəli İbrahimov və Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri iştirak edib.
Sərgidə çıxış edən xalq rəssamı A. İbrahimov çıxışında bildirib ki, müasir gənclərimiz xalqımızın qədim və zəngin sənət növlərindən olan xalçaçılıq sənətini qorumaqla yanaşı, ona yeni-yeni nəfəslər verirlər: "Bu da xalça sənətinin bir daha bitib tükənməyən zənginliyindən xəbər verir. Hər dəfə bu sahəyə müraciət edildikdə yeni məqamlar ortaya çıxır. Burada keçmişlə müasirliyin harmoniyası parlaq şəkildə öz əksini tapır".
Daha sonra muzeyin direktoru R. Tağıyeva qeyd edib ki, bugünkü sərgidə nümayiş olunan eskizlərdə dünyanın ən müqəddəs varlığı olan ananın övladına məhəbbəti, həmçinin insanların gündəlik ritmik həyatlarının müxtəlif çalarları təsvir edilib: "Rəssamlar, eyni zamanda, öz əsərlərində qədim adət-ənənələrimizi, qədim əyləncə növü olan xoruz döyüşlərində əks etdiriblər. Xalılarda istifadə edilən hər rəngin bir mənası var. Gənclərin kağız üzərində müxtəlif rəng və zəngin naxışlarla həyat verdikləri eskizlərində insanların həyatda hər zaman qarşısına çıxan iki yoldan birinin seçmə haqqı olduğunu göstəriblər".
Səgidə Azərbaycan Rəssamlıq Akademiyasının III kurs tələbəsi Yuliya Ələkbərovanın "Günəşin doğması", "Analıq", "Günəş", Leyla Vazehinin "Baharın müjdəsi", "Xəzanın səsi", "Yeni nəfəslər" və bir sıra xalça eskizlri nümayiş olunub.
Qeyd edək ki, sərginin əsas məqsədi mədəniyyətlərarası dialoqda xalçanın rolunu və qədim ənənələrə malik Azərbaycan xalça sənətinə münasibəti nümayiş etdirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB