Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev yanvarın 29-da vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimovun SİA-ya verdiyi məlumata görə, Ənvər Qarayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
"Mərhum uzun müddət bağırsaq xərçəngindən əziyyət çəkib. Bir müddət əvvəl isə bu problemlə əlaqədar cərrahiyə əməliyyatı olunub. Ənvər Qarayev yanvarın 30-da Bakıda köhnə qəbiristanlıqda dəfn olunub. Artıq mərhumun üç mərasimi də keçirilib",- deyə xalq rəssamı əlavə edib.
Qeyd edək ki, 62 yaşında vəfat edən Ənvər Qarayev 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əməkdar rəssam 20 ildən artıq "Göyərçin" jurnalında çalışıb.
Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB