18 may - Beynəlxalq Muzeylər Günü münasibəti ilə bu gün yeni mədəniyyət museum.az saytı təqdim olunub. SİA-nın verdiyi məlumata görə, bu barədə bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev məlumat verib. Bildirilib ki, Mədəniyyət nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytı tezliklə əhatəli fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, saytın sadə, eyni zamanda, zövqlə yaradılmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB